Erməni hərbçinin Azərbaycan Ordusunun bölmələri tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə Teleqraf.com-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır", - nazirliyin məlumatında qeyd olunub.