Bakıda evdə yanğın olub, xəsarət alanlar var.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 70 m² olan 2 otaqlı evin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 10 m² sahədə, içərisində ümumi sahəsi 45 m² olan qazanxananın yanar konstruksiyaları və binanın dam örtüyü 80 m² sahədə yanıb.
Yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.
Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.