29 Mart 2023 15:40
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mərkəzi Univermaq" Açıq Cəhmdar Cəmiyyətinin rəhbəri, sahibkar, sabiq millət vəkili Ərəstun Cavadov dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, sahibkar bu gün səhər saatlarında yaşadığı evdə xəstəlikdən vəfat edib. Ə.Cavadov bu gün Xırdalan qəbiristanlığında, oğlunun yanında dəfn edilib.

Xatırladaq ki, Ərəstun Cavadov 1948-ci ildə Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olub. Müxtəlif vəzifələrdə çalışan Ə. Cavadov 2005-2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə Ağsu-İsmayıllı seçki dairəsi üzrə millət vəkili seçilib. Sahibkar Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirib.1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, "Azərgeyimticarət" Bazasında əmtəəşünas işləmişdir. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışıb.1998–2005-ci illərdə "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olub. 2005-ci ildən bu günə qədər Ə.Cavadov "Mərkəzi Univermaq"Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri işləyib.


Müəllif: Teleqraf.com