Şəkidə mənzildə meyit aşkar edilib.
Teleqraf.com xəbər verir ki, martın 30-u saat 23 radələrində Şəki şəhəri, Şərbablar küçəsi, bina 19, mənzil 33-də bağlı qapı arxasında adam qalması barədə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə müraciət daxil olub.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər qapını açaraq içəri daxil olduqda ev sahibəsi 59 yaşlı Bahar Yusif qızı Qədirovanı ölmüş halda aşkar ediblər.
B. Qədirovanın meyit aidiyyəti üzrə hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə əməkdaşlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.