6 Aprel 2023 10:11
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, eyni əmələ görə əvvəllər də məhkum olunmuş Şahin Nəcəfov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 490 qram olan marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul rayon polis şöbəsində cinayət işi açılıb.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov