9 Aprel 2023 09:20
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 1967-ci il təvəllüdlü Məlikov Sərraf İldır oğlu yolu keçən zaman avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com