Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində yanğın olub.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində hazırda şəxsiyyətləri məlum olmayan 2 nəfər sexdə yanaraq ölüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın nəzarətə götürülərək söndürülüb, 370 kv.m sahəsi olan sexin 44 kv.m-i yanıb, geri qalan hissəsi isə yanğından mühafizə edilib.
FHN-nin Əməliyyat-İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinə baxış keçirilməklə araşdırma aparılır.