1 May 2023 13:28
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunsuz əməllə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Cavidan Hüseynov, Elnur Məmmədov və Qadir Abdullayev saxlanılıblar.

Həmin şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə olan heroin və psixotrop maddə - metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılanlar şəxslər barəsində rayon polis şöbəsinin istintaq bölməsində cinayət işləri açılıb.

Barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov