15 May 2023 15:59
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu şəhəri ərazisində yerləşən 2 evdən oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Evlərə daxil olan naməlum şəxs həmin ünvanlardan elektrik kabeli, televizor və digər məişət əşyalarını oğurlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayəti törətməkdə şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər də dəfələrlə oğurluğa görə məhkum olunmuş Teymur Rəhimov saxlanılıb.

O, ifadəsində oğurladıqlarının bir hissəsini satdığını, digərlərini isə gizlətdiyini bildirib.

Davam etdirilən tədbirlərlə onun ələ keçirdiyi əşyalar gizlətdiyi və satdığı yerlərdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin də qərarı ilə T.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov