19 May 2023 09:32
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayon polis .öbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, saxlanılması və satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Keçirilən əməliyyat axtarış tədbirləri zamanı rayon sakinləri Orxan Məmmədov, Elxan Məmmədov və Zaur Ağamalıyev saxlanılıblar.

Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman bükülülərdə külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı Şabran rayon polis şöbəsində cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə hər üç şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov