23 May 2023 10:29
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terror aktının törədiləcəyi barədə bilə-bilə yalan məlumat yaymaqda təqsirləndirilən Fərid Butayevin cinayət işi üzrə ibtidai istintaq başa çayıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Aynur Rzayevanın icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı səs yazısı yayılıb. Vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş bu səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan vətəndaşı, 2001-ci il təvəllüdlü Fərid Butayevə məxsus olduğu və sözügedən materialın həmin şəxs tərəfindən vatsap tətbiqi vasitəsilə paylaşıldığı müəyyən edilib.

O, saxlanıləb və barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham verilib.


Müəllif: Hacı Zeynalov