25 May 2023 10:06
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonundanarkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Cavid Niyazov Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsininin əməkdaşları tərəfindən saxlanılıb.

O, polis bölməsinə gətirilib və üzərində axtarış aparılan zaman üzərindən 205,032 qram çəkidə narkotik vasitə heroin aşkar olunub.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov