Bakıda üzərinə manqal aşan 4 yaşlı uşaq ölüb.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, 2019-cu il təvəllüdlü Səfərov Rəhim Əlirza oğlu mayın 25-də ailə üzvlərinin yanında yaşadığı evin həyətində olan manqalın üstünə çıxıb tut dərmək istəyərkən manqalın onun üstünə aşması nəticəsində xəsarət alıb.
R.Səfərov Klinik Tibbi Mərkəzə aparılsa da, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.