“Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulmasına mane olan əsas amillərdən biri də dünyadakı ikili standartlardır”.
Teleqraf.com xəbər verir ki, bu fikri tanınmış türkiyəli alim Xəlil Bal söyləyib.
X.Bal deyib: “Proseslər göstərir ki, işğalçı Ermənistan və erməni millətçi dairələri heç zaman Türkiyə və Azərbaycana qarşı təcavüzkar məqsədlərindən əl çəkməyəcəklər. Ermənilərin haqsız iddialarının qarşısının alınmasının yeganə yolu budur: Türkiyə və Azərbaycan birliyi, ölkələrimizin beynəlxalq aləmdəki mövqeləri daha da möhkəmlənməli, iqtisadi qüdrəti davamlı olaraq artmalı, düşmənə qarşı mübarizədə strategiyanın dəqiq istiqamətləri həyata keçirilməlidir”.
Türkiyəli alim bildirib ki, “erməni soyqırımı” uydurma bir mövzudur. Tarixin heç bir dövründə belə bir hadisə olmayıb: “Osmanlı dövlətini parçalamaq üçün birləşən böyük güclər erməniləri silahlandıraraq, müxtəlif şirnikləndirici vədlərlə onlardan türk xalqına qarşı istifadə ediblər. Bu siyasət müasir dövrdə də ayrı-ayrı formalarda davam etdirilir”.
Səxavət