6 İyun 2023 15:36
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, xilasedicilər dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-ci il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər