27 İyun 2023 10:55
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuzda hoteldə həkim tərəfindən tibbi yardım göstərildikdən bir neçə saat sonra ölmüş Sübhan Quliyev Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri olub.

Məlumata görə, hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, ilkin məlumata görə, Sübhan Quliyev ürəktutmadan vəfat edib.

***

Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Səma" hotelində qeydə alınıb.

Belə ki, Bakı şəhəri Yasamal rayon sakini 1966-ci il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu bu gün səhər oteldə ürəktutmasından vəfat edib.

Məlumata görə, 57 yaşlı Sübhan Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gəlib. Toydan çıxıb hotelə dönüb, burada özünü pis hiss edib. Gecə saatlarında hətta ona Təcili Tibbi Yardım çağırılaraq iynə də vurulub. Bu gün səhər işə hotel əməkdaşları onu otağında ölmüş vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər