Şəkidə “Reno” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
Teleqraf.com xəbər verir ki, sürücü hadisə yerində həyatını itirib.
İlkin məlumata görə, daha iki sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.