4 İyul 2023 00:41
1 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

***

Bakı və Abşeron yarımadasında yeraltı təkan olub.

Teleqraf.com xəbər verir ki, zəlzələnin episentri 5,5 bal gücündə qeydə alınıb.

***

00:08

Xəzər dənizində 5,2 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib. Zəlzələ o cümlədən Bakı və Abşeron yarımadasında, eləcə də şimal bölgəsində hiss olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər