5 İyul 2023 14:24
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 5-i saat 12 radələrində 1989-cu il təvəllüdlü Şahmar Kərimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Göyçay rayon Prokurorluğundan bildirilib.

Aparılan araşdırmalarla 1984-cü il təvəllüdlü Abbas Əliyevin qonşusu Şahmar Kərimovu aralarında yaranmış mübahisə zamanı Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb.

Abbas Əliyev hadisəni törətdikdən sonra istintaqa könüllü təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

12.24

İyulun 5-də saat 12 radələrində Göyçay rayonunda 1989-cu il təvəllüdlü Kərimov Şahmar Rəşid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əliyev Abbas Yasin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Onlar qonşu olublar.

Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər