Cəlilabad rayonunda avtomobilin vuraraq komaya saldığı piyada vəfat edib.
Teleqraf.com xəbər verir ki, 1985-ci il təvəllüdlü Mirayət Abıyev həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə bu gün gecə saatlarında rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Mirayət Abıyevi avtomobil vurub. O, koma vəziyyətində xəstəxanaya aparılıb və süni tənəffüs aparatına qoşulmuşdu.
Faktla bağlı araşdırmalar davam etdirilir.