Bakı metrosunda qadına qarşı cinayət törədib.
Teleqraf.com xəbər verir ki, Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində metronun “20 Yanvar” stansiyasında bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Elvin Yumuxov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.