Çexiya prezidenti Petr Pavelin cangüdəni həmkarlarının təqiblərinə görə intihar edib.
Teleqraf.com xəbər verir ki, cangüdən daha öncə həmkarlarının ona qarşı münasibətindən dəfələrlə şikayət edib. Mühafizəçinin adı çəkilməsə də, onun 36 yaşında olduğu bildirilir.
Qeyd edək ki, istintaq polisi və prezident aparatı hadisə ilə bağlı şərh verməkdən imtina edib.