9 Sentyabr 2023 00:22
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında 5 maqnitudalı zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri "Fall River Mills" yaşayış massivindən 11,5 km qərbdə olub.

Zəlzələ ocağı yerin 14,8 km dərinliyində yerləşib.

Həmçinin Meksikada da 5,6 maqnitualı zəlzələ olub.

Zəlzələnin episentri təxminən 130 min nəfər əhalisi olan Manzanillo şəhərindən 80 km şimal-qərbdə yerləşib. Zəlzələ ocağı yerin 35 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər