Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkilərinin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Məliklər kənd sakini Yusif Mustafayev saxlanılıb.
Həmin şəxsin yaşadığı evə, eləcə də həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 28 kiloqram olan 66 ədəd əkilib-becərilməsi qadağan edilmiş çətənə (kannabis) bitkiləri, 20 qram narkotik vasitə olan marixuana, 1 ədəd sənədsiz tüfəng və 5 ədəd patron aşkar olunub.
Faktla bağlı Şabran rayon polis şöbəsində cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Yusif Mustafayevin barəsində həbs qətimkan tədbiri seçilib.