Rusiyanın Federasiyası Dağıstan Respublikasının Levaşi kəndində 2 nəfərin ölümü ilə nəticələnən atışma baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, insidentdə biri polis əməkdaşı - Levaşi Polis Bölməsinin maddi-texniki təminat şöbəsinin rəisi – olmaqla 2 nəfər öldürülüb. Bundan başqa, hadisədə bir neçə nəfərin yaralandığı qeyd olunub.