“Beynəlxalq hüququ sayan yoxdur, son 25 ildə BMT-ni “cındır” kimi ayaq altına salıblar”.
Teleqraf.com-un məlumatına görə, bunu bu gün Bakıda keçirilən “ABŞ-da insan hüquqlarının vəziyyəti: ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələrdə çıxışı zamanı Azərbaycan Sosial Demokrat Partiyasının sədri, politoloq Araz Əlizadə dilə gəlib.
Onun sözlərinə görə, belə olmasaydı, o zaman BMT-nin Qarabağla bağlı qəbul etdiyi qətnamələr icra olunardı. A.Əlizadə ironiya ilə çıxış edərək deyib ki, ABŞ-dan və digər xarici dövlətlərdən maliyyələşən QHT-lərə “agent” statusu verilməlidir.
Bəxtiyar