11 Noyabr 2023 13:33
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunun Kakalos kənd sakini, 77 yaşlı Zeynəb Məmmədovanın qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Teleqraf.com-un xəbərinə görə, hadisə noyabrın 10-u günorta saatlarında baş verib.

Qətldə şübhəli bilinərək saxlanılan Məmmədov Elmir Ətrafil oğlu, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, Süleymanov Bəhruz Rəşid oğlu evə oğurluq məqsədilə daxil olublar.

Z.Məmmədova həmin evdə tək yaşayırmış. Ehtimal edilir ki, həmin vaxt o, evdə olmayıb, amma bir qədər sonra geri qayıdıb və mənzildə oğrularla qarşılaşıb.

Məlumata görə, qadın işgəncələrlə öldürülüb. Onun qolları, ayaqları bağlanıb, üzərində olan qızıl-ziynət əşyaları götürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən ikisi - E.Məmmədov və V.Əkbərov öldürdükləri qadınla qonşu olublar.

Qeyd edək ki, Z.Məmmədova təqaüddə olan tibb bacısıdır.

***

Noyabrın 10-da Astara rayonu Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Zeynəb Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a rayon prokurorluğundan bildirilib.

Araşdırmalarla Astara rayonu Kakalos kənd sakinləri 1986-cı il təvəllüdlü Vüsal Əskərov, 1983-cü il təvəllüdlü Elmir Məmmədov və 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Bəhruz Süleymanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Zəynəb Məmmədovanın yaşadığı evinə daxil olaraq onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vüsal Əskərov, Elmir Məmmədov və Bəhruz Süleymanov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

***

12:05

Noyabrın 10-da Astara rayonunun Kakalos kənd sakini, 1946-cı il təvəllüdlü Zeynəb Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən Astara rayon sakinləri 1983-cü il təvəllüdlü Məmmədov Elmir Ətrafil oğlu, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər