“Xokkey əfsanəsi ol” həvəskarlar liqasının xokkeyçisi Mixail Yançişin oyun zamanı ölüb.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat ayyıb.
Məlumata görə, hadisə “Armata” və “Favorit” komandaları arasındakı görüş zamanı baş verib. “Armata”nın 61 yaşlı oyunçusu huşunu itirərək yerə yıxılıb. Hadisə yerinə gələn tibb işçilərinin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.