Bakıda kafe və mağazadan oğurluq edən şəxs ələ keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Poluis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 29-da Xocəsən qəsəbəsi ərazisində yerləşən bir kafe və mağazadan 2000 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1996-cı il təvəllüdlü H.Ağayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.