Hərəkat Müsavatın 11 rayonunu ələ keçirib
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının toplantısı keçirilib. Teleqraf.com xəbər verir ki, bu haqda hərəkatın sədri Qubad İbadoğlu məlumat verib. Onun sözlərinə görə, toplantıda iştirak edənlər 20 Yanvar Şəhidlərinin xatirəsini yad etdikdən sonra toplaşaraq son 1 həftə ərzində görüdüyü işləri müzakirə edib: “Məlum olub ki, ötən 1 həftə ərzində əvvəlki toplantıda planlaşdırılandan daha çox rayonlarda Təşəbbüs Qrupu yaradılıb. Belə ki, 1 həftə ərzində 8 rayonda yerli fəalların iştirakı ilə Təşəbbüs Qruplarının təsis yığıncağı keçirilib. Artıq hərəkatın 11 rayonda Təşəbbüs Qrupu işə başlayıb.
Q.İbadoğlu qeyd edib ki, toplantıda ölkədə və regionda mövcud ictimai-siyasi və sosial-iqtisadi vəziyyət müzakirə olunub: “Qərara alınıb ki, 22 yanvar 2015-ci ildə saat 13-də Beynəlxalq Mətbuat Mərkəzində “Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının və Rusiyada iqtisadi böhranın Azərbaycana mümkün təsirləri” mövzusunda təşkil olunacaq. Tədbirə yerli mütəxəssislər dəvət ediləcək”.
İclasda növbəti dövr üçün regionlarda təşkil olunacaq Təşəbbüs Qruplarının təsis yığıncağının qrafikini təsdiq edib. Həmçinin ADR Hərəkatının loqosu ilə bağlı müxtəlif təklifləri müzakirə edərək, yaxın günlərdə bu istiqamətdə müzakirənin yekunlaşdırılmasına qərar verilib.
Cavidan