Gəncədə vətəndaşlar qanunsuz saxlanılan silahlarını polisə könüllü təhvil verib.
DİN-dən Teleqraf.com-a bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının profilaktik tədbirləri nəticəsində 26 nəfər şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibilir ov silahlarını polisə könülllü təhvil veriblər. Hər bir vətəndaşla bir daha fərdi söhbət aparılaraq, Daxili İşlər Nazirliyinin gizlədilən döyüş və ov silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verməsi ilə bağlı çağırışına həssas yanaşması və bu çağırışa qoşulması təqdirəlayiq haldır. Təqdim edilən hər bir silah müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-profilaktiki tədbirlər nəticəsində qanunla ələdə edilib salxlanılması qadağan olan və müvafiq icazə sənədləri olmayan ümumilikdə 150 ədəd silah aşkarlanaraq götürülüb.