Dekabrın 18-də Salyan rayonu ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü N.Həsənov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.