Bakının Pirallahı rayonunda intihara cəhdin qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, Qala qəsəbəsində 1995-ci il təvəllüdlü Mehtiyev Yalçın Fərman oğlu yaşadığı evdə kəsici alətlə bədəninə çoxsaylı xəsarətlər yetirib.
Y.Mehtiyev hadisə yerinə gələn FHN-nin xilasetmə qrupu tərəfindən yaşadığı evdən çıxarılaraq təcili tibbi yardımın əməkdaşlarına təhvil verilib və xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona komatik vəziyyət diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.