9 Yanvar 07:42
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.

Yanğının söndürülməsi və təxliyə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin 20 texnikası və 90 nəfərə yaxın canlı qüvvəsi cəlb edilib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

xxx

Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Əlavə məlumat veriləcək.

xxx

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

xxx

Respublika Perinatal Mərkəzində yanğın olub.

Yanğın Yusif Səfərov küçəsində qeydə alınıb.

Əraziyə FHN-in əməkdaşları cəlb edilib.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər