Bloger Ramal İsayev intih*ara cəhd edib.
Teleqraf.com xəbər verir ki, dərman içərək intihara cəhd edən bloger Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
KTM-dən verilən məlumata görə, R.İsayevin vəziyyəti stabildir.
"Vətəndaş Ramal İsayev 2024.01.26 tarixində dərman zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub. Ona dərhal yardım olunub. Vəziyyəti stabildir. Evə buraxılması nəzərdə tutulur", - deyə məlumatda bildirilir.