Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, sahəsi 150kv.m olan restoranın ümumi sahəsi 96kv.m olan əlavə tikilmiş artırma hissəsinin yanar konstruksiyaları və bitişik, fəaliyyət göstərməyən restoranın ümum sahəsi 70kv.m olan əlavə tikilmiş artırmasının 35kv.m sahədə penoplasdan ibarət dam örtüyü yanıb. Yüksək temperaturdan binanın birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan üçotaqlı mənzilin 2 ədəd pəncərə çərçivəsi deformasiya edib.
Yanğınsöndürənlərin həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər sayəsində restoranların qalan hissəsi, bitişik obyekt və mənzillər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.