13 Mart 08:59
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Tədbirlərlə rayon sakinləri – Mirzəyev Balakişi və Əsgərov Ülvi saxlanılıblar. B.Mirzəyevin üzərindən və idarə etdiyi avtomobildən 1 kiloqrama yaxın marixuana, Ü.Əsgərovdan isə psixotrop maddə metamfetamin aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov