3 Aprel 09:36
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Kamil Hüseynov və Orxan İbrahimov saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

K.Hüseynovdan heroin, O.İbrahimovdan isə heroin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov