7 Aprel 01:09
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Laman kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 56 m² sahədə, tavanı və dam örtüyü 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com