7 Aprel 21:18
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvanda yol-nəqliyyat hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, hadisə Şirvan Şəhər Təcili Yardım Məntəqəsinin yaxınlığında baş verib.

Velosipedlə hərəkətdə olan Şirvan sakini, 1972-ci il təvəllüdlü Məmmədov Vüsal Süleyman oğlunu avtomobil vuraraq ağır yaralayıb.

Müxtəlif xəsarətlər alan velosipedçi təcili yardım avtomobili ilə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com