Goranboy rayonunda qayınanasını və arvadını öldürməyə cəhd etməkdə ittiham olunan Nihat Yolçuyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası aprelin 22-nə təyin edilib.
Qeyd edək ki, hadisə rayonun Veysli kəndində qeydə alınıb. 27 yaşlı Pərvanə Yolçuyeva və onun anası 57 yaşlı Siyatel Əliyeva bıçaqlanıb.
Hadisənin Pərvanə Yolçuyevanın əri Nihat Yolçuyev tərəfindən törədildiyi məlum olub.
Onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.