19 Aprel 09:14
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda yol qəzası baş verib, minik maşınlarının toqquşması nəticəsində xəsarət alanlar var.

Teleqraf.com xəbər verir ki, "Hyundai" və VAZ markalı avtomobillərin toqquşması ilə nəticələnən yol qəzası rayonun Qalalı kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan üç nəfər - Həsənov Kərim, Məmmədov Əlisəfa və Mənəfov Nurlan Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com