20 İyun 19:56
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada sərnişin metronun foyesinə qumbara atıb.

Teleqraf.com xəbər verir ki, Moskva Nəqliyyat Departamentinin məlumatına görə, sərnişin stansiyanın girişində yoxlanıldıqdan sonra pnevmatik qumbara atıb.

Bildirilir ki, təhlükəsizlik işçiləri kişidən əlavə yoxlamadan keçməsini xahiş ediblər, lakin bu, onun aqressiv reaksiyasına səbəb olub. Sərnişin pnevmatik qumbaranı ataraq foyedən qaçıb.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.


Müəllif: Arzu