4 Fevral 2015 14:55
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan xalqının başına gətirilən bütün faciələrdə erməni izi var. Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar işğalçı Ermənistana qarşı ciddi addımlar atmır”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyəti təəssüf doğurur. Onun sözlərinə görə, həmsədrlər işğalçı tərəfə qarşı beynəlxalq hüquq mövqeyindən çıxış etmir: “Həmsədrlər həmişə bildirirlər ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Ermənistan da özünə qarşı ciddi bir addımların atılmadığını görərək sülh prosesinin imitasiyası ilə məşğuldur və münaqişənin ədalətli həllinə maraqlı deyil. Azərbaycan vətəndaşları, o cümlədən, qaçqın və məcburi köçkünlər isə 20 ildən çoxdur ki, münaqişənin ədalətli həllini gözləyir. İşğalçı Ermənistan həm özünün havadarlarına, həm də həmsədrlərin mövqeyinə arxayın olaraq torpaqlarımızı hələ də işğal altında saxlayır. Əgər belə olmasaydı, erməni tərəfi Kəlbəcərdə bir vətəndaşımızı öldürməz, iki nəfərə qarşı isə qondarma məhkəmə işi qura bilməzdi”.

Səxavət


Müəllif: