Qazaxda bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb.
Ağstafa Su anbarının rayonun Bala Cəfərli kənd ərazisinə düşən hissəsində batan şəxs Daş Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Haqverdiyev Mədət Abdulla oğludur.
O Qazaxda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimindən sonra ailəsi ilə birgə Bala Cəfərli kəndinə gedib və su anbarında çimən zaman batıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
M.Haqverdiyevin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.