26 İyul 07:10
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ olub.

Bu barədə Teleqraf.com-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 05:20-də Yardımlı stansiyasından 24 km şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər