27 İyul 01:43
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada qadın mədəsində güllə olan körpə dünyaya gətirib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, hadisə qadının hələ hamilə ikən mədəsindən yaralanması səbəbindən yaranıb.

Məlum olub ki, körpənin atası evin həyətində məşq edirmiş və pnevmatik tüfənglə hədəflərə atəş açırmış. Güllələrdən biri sıçrayaraq atıcının hamilə arvadının qarnına dəyib.

Uşaq xəsarət almayıb və doğuşdan sonra həkimlər qızın daxili orqanlarına zərər verməyən yad cismi çıxarıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər