28 İyul 21:24
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonu, Sorsor kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər veirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “DAF” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarındakı su kanalına aşması nəticəsində yol-qəza hadisəsi baş verib və yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Mirzəyev Yasin Şəfaqət oğlunu xüsusi vasitələrin köməyi ilə xilas ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər