Rusiyada qadın iki mənzilini sataraq telefon fırıldaqçılarına 19,1 milyon rubl (388 min manat) köçürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Moskva prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxs zəng etdiyi 76 yaşlı qadın inandırıb ki, o, təhlükəsizlik üçün hesabdakı pulunu çıxararaq digər hesaba köçürməlidir. Təqaüdçü əmanətlərini nağdlaşdıraraq fırıldaqçının təqdim etdiyi hesaba göndərib.
Daha sonra fırıldaqçılar yaşlı qadını iki mənzilini satışa çıxarmağa razı salıblar. Zərərçəkmiş mənzil satışından əldə etdiyi gəlirləri də fırıldaqçılara göndərib.
Qadına dəyən ümumi zərərin 19,1 milyon rubl təşkil etdiyi qeyd olunur.