16 Aprel 2014 16:11
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir il öncə biz böyük bir heyətlə İranda olanda, onların dini lideri Ayətullah Xamneyi Azərbaycanla bağlı dedi ki, biz qardaşıq”.

Bu sözləri deputat Cavanşir Paşazadə Azərbaycan-İran münasibətlərindən danışarkən deyib. Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr çox normaldır, sadəcə, buna mane olmaq istəyənlər var.
O, İranla dostluq etməyin bizim xeyrimizə olduğunu qeyd edib: “İranın 75 milyonluq əhalisi var, Azərbaycanın İranla dostluq etməsi bizim xeyrimizə olar. Bu, aparılan siyasətdə öz əksini tapıb. Cənab Prezident də çıxışlarında bildirib ki, biz bütün dövlətlərlə o cümlədən, İranla münasibət saxlamalıyıq.

Mən bu baxımdan iki ölkə arasındakı əməkdaşlığı alqışlayıram. İran Azərbaycanın həyatını yaxından izləyir, burda sabitliyin olması onların marağındadır. Cənub bölgəsi bu ölkə ilə yaxındır, orada qohumluq əlaqələri də çoxdur”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər